Cümə axşamı, Noyabr 21
Shadow

Google gizli şəkildə məkan izlədiyi üçün yüz milyonlarla dollar cərimə ödəyəcək.

246 oxunma

Google, məkan izləmə funksiyasını söndürdüyünü düşünən istifadəçilərin məlumatlarını toplayırmış. Bu səbəbdən texnologiya nəhənginin ABŞ-da ümumilikdə 391,5 milyon dollar cərimə olunduğu bildirilib.

Google, Android əməliyyat sistemindən istifadə edən milyardlarla smartfon sayəsində istifadəçilərin məlumatlarına daxil ola bilir.

Məkan xidmətlərinin söndürülməsinə baxmayaraq, Google-un smartfon istifadəçilərinin yerlərini gizlətdiyi onsuzda məlum idi.

ABŞ-dakı səlahiyyətlilərin açıqlamalarına görə, Google 2014-cü ildən bəri istifadəçilərinin hərəkətlərini gizli şəkildə qeydə alır və bu mövzuda istifadəçiləri çaşdıraraq “istifadəçinin hüquqlarının müdafiəsi” qanunlarını pozur. Bu vəziyyətlə əlaqədar, ötən illərdə Google-un məkan izləmə xüsusiyyəti ilə bağlı araşdırma açılmışdı.

İstifadəçilər, Googleda məkan xidmətlərini söndürdükdə, “Məkan xidmətləri artıq saxlanmır” bildirişi ilə qarşılaşırlar. Bu məqamda bunun doğru olmadığını qeyd etməliyik. Associated Press-in araşdırması da bunun əksini ortaya qoydu. “Məkantarixçəsi” dayandırılsa belə, bəzi Google tətbiqləri vaxt möhürü ilə vurulmuş məkanməlumatlarını sorğu-sual etmədən avtomatik olaraq saxlayır. Tədqiqatlar müəyyən etdi ki, Android cihazlarında və iPhone-larda bir çox Google xidmətləri, hətta Googleda bunu etməyə mane olacağını bildirən məxfilik parametrindən istifadə etsəniz belə, onlar məkanməlumatlarınızı saxlayır.

Məsələn, Google Maps tətbiqini açdığınız zaman Google yalnız məkanınızın şəklini saxlayır. Android telefonlarında avtomatik gündəlik hava yeniləmələri dəqiq yerinizi təyin edir.

Prinstondakı kompüter elmlər tədqiqatçıları da Associated Press-in tələbi ilə bu tapıntıları təsdiqləyiblər. Qeyd edək ki, bu, Google üçün bir ilk deyil. Məkan xidməti söndürüldükdə belə, Google-un Android istifadəçilərinin yerlərini topladığı barədə daha əvvəl xeyli məlumatlar paylaşılıb. Araşdırmaya görə, Google-un 2017-ci ilin əvvəlindən, hətta yerləşmə xidməti söndürüldükdə belə, Android istifadəçilərinin məkan məlumatlarını topladığı məlum olub.

ABŞ-ın 40 ştatının iştirak etdiyi araşdırmada Google 391,5 milyon dollar cərimə ilə razılaşmanı qəbul etdi.

Google, konum bilgilerini toplamaya devam ederken bile kullanıcılarını konum izleme özelliğini kapattıklarını düşünmeleri konusunda yanılttığı için 40 eyalete toplamda 391,5 milyon dolar ödemeyi kabul etti.

Google, məkan məlumatlarını toplamağa davam edərkən istifadəçilərini, məkan izlənmə xidmətini bağladıqlarını düşünmələri mövzusunda çaşdırdığı üçün ABŞ-ın 40 əyalətinə cəmi 391,5 milyon dollar cərimə ödəməyi qəbul etdi. İstintaq çərçivəsində açıqlamalar verən Oreqon Baş prokuroru Ellen Rosenblum, Google-un illərdir istifadəçilərinin məxfiliyindən daha çox qazanc əldə etməyi üstün tutduğunu bildirib.

Googlee, istifadəçilərin məkan izləmə funksiyasını söndürdüyünü düşünmələrini təmin edərək onları gizli şəkildə izlədiyinə görə cəzalandırılıb.

Google əslində bu məkan məlumatlarını reklam xidmətlərində hədəfləmə üçün istifadə edir. Başqa sözlə, biznesin bu tərəfini nəzərə alsaq, Google-a verilən cərimə yüngül sayılacaq kiçik bir məbləğdir.

Google tərəfindən edilən açıqlamalarda, araşdırmada göstərilən tətbiqlərin şirkət daxilində nəzərdən keçirildiyi və düzəliş edildiyi bildirildi. Googlevə ABŞ ştatları arasında razılaşmadan sonra şirkət məkan izləməsi təlimatlarını və istifadəçi nəzarətini təkmilləşdirməli olacaq.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x