Domino oynamaq zəka inkişafı və əyləncəsi ilə ön planda olan bir oyundur. 2 və ya 4 oyunçu ilə oynanan domino daşlarla və ya kartla oynana bilər. Eyni zamanda 28 daş üzərində domino oyununu oynamaq da mümkündür. Domino oyununda əsas məqsəd sonunda eyni sayda olan parçaları bir araya gətirməkdir. Dominoda zər kimi 1-dən 6-ya qədər müxtəlif rəqəmlər var və onların bu şəkildə birləşdirilməsi nəzərdə tutulur:
101 oyununda əvvəlcə oyundakı daşlar üzü aşağı qarışdırılır və sonra hər bir oyunçu yeddi ədəd daş çəkir. Ən az xalda olan qoşa daş kimə düşübsə (məsələn: 1 qoşa) həmin şəxs oyuna başlayır.
DOMİNO OYUNUNUN QAYDALARI
Hərəkət saat istiqamətində başlayır. Oynayarkən, növbəti oyunçu onları yerə qoyan ilk oyunçunun qoyduğu nömrəylə eyni olan daşları hərəkət etdirir. Məsələn, ortada 6-5 ədəddirsə, onda 5-6 və ya 6-5 ədəd yerləşdirilə bilər. Ən əsası, daşların uclarının bir-birinə uyğun olmasıdır.
Ardıcıllıq 6-5, 5-5, 5-2, 2-4 kimi davam etməlidir. Əgər şəxsin ortaya qoyacağı bir parça yoxdursa, o parçanı çəkənə qədər ortadan, yəni bazardan bir daş çəkir. Əlindəki bütün parçaları bitirən sonuncu oyunçu domino deyir və oyunu qazanır. Həmçinin, oyun bağlı gəldikdə (məsələn 4-lərin yeddi ədədi oyuna qoyulub, lakin oyunçuların əlində daşlar qaldıqda) əllər açılır və xallar toplanır. Ən az xalı olan oyunçu və ya qrup (para) qalib gəlir və rəqibin bütün toplanmış xalları onlara yazılır.
Oyunçunun və ya qrupun (paranın) xalı ilk oyunda 13-dən az olarsa, həmin xal yadda saxlanılır. Əgər həmin oyunçuların ikinci oyunda da qalib gəlsələr, ilk yığdıqları xal indikinin üzərinə gəlir. Yox əgər uduzarlarsa, həmin yadda saxlanılan xal silinir və xalları sıfırlanır.
Oyunda məğlub olan oyunçu və ya qrup (para) növbəti oyunda daşları qarışdırmalıdır. Daşlar soldan sağa doğru çevrilmədən qarışdırılmalıdır. Oyun ilk 101 xalı toplayan oyunçu və ya qrup (para) ilə bitir və növbəti mərhələyə keçir. Bu oyun əsasən 3 mərhələdən ibarətdir. Sonda mərhələni ən çox tamamlayan oyunçu yaxud qrup qalib sayılır. Əgər oyunçu və ya qrup 1-ci mərhələdə ümumiyyətlə xal toplamayıbsa, qarşısındakı rəqib 2-ci mərhələni də qazanırsa artıq 3 mərhələ bitirmiş sayılır və oyun 3-0 ilə bitir.
Hər bir oyunçu bir sıra daşlar qoyur və hər bir oyunçunun bir hüququ vardır. Bunun xaricində çoxlu qaydaları olmayan domino oyunu həm kefli, həm də zəka artıran bir oyundur. Aşkar etməyə uyğun daşı olmayan şəxs yerdən daş çəkməlidir. Oyunda heç bir hərəkət qalmadısa, oyun bitdi deməkdir.
Salam,telefon oyununda sxoy nece xala kimidi?birde qaydaya gore uduzan qarisdirir yoxsa xali az olan
Salam. Telefon oyununda sxoy xal istəyə görədir. Lakin standart olaraq çoxu zaman 200-dən götürülür. Və birdə xalı az olan daşları qarışdırır.
Salam.bağlı gələndə digər oyunda yenə bağlı gələ bilərmi?
Salam bəli
Salam baglinin ustune bagli edilirse birinci bagli sayilir?
Xalımız 0 olsa 12 xal yazsaq o xal sayılır?
Xeyr, 13 olmalıdır ən azı. Yoxsa ondan əvvəlki hamsı silinir 13 dən az olan.
Salam oyunda yazı necədən başlayır , yani əl necəsən yazılır?? 11? 13?, 14?
Salam 13 dən
Salam oyun bağlı gəlir yerdə sadəcə qoşa qalıbsa daşa gedilirmi ?
Bəli gedilir
salam, bu qayda telefon oyununa şamildi?
Salam 4 nefer domino oynadıqda kim qarışdırır xalı çox olan yoxsa ferq etmir?
Ən son uduzan
Salam.4 neferlik oyunda, reqiblerde eyni dasdan (meselen 1lerin hamisi reqiblerde ) olanda O oyun qarisir yoxsa oyun devam edir?
Salam, bəli oyun qarışır.
Rəqiblərdən biri 30 xal tutub,növbəti oyunda 2 ci rəqib 9 xal tutarsa o xal yaxılır ya 13 xala kimi tutmalıdı ki, yazılsın?
9 xal tutdusa növbəti oyundada həmin rəqib 13 xalda daxil olmaqla ondan yuxarı yığarsa yığdığı xalın üstünə əvvəl tutduğu 9 xalı gəlirik. Yox əgər məsələn 12 xal yığdısa əvvəl yığdığç 9 xalda silinir sıfır olur xalı.
Salam.eger 4 nefer oynayirsa 2-2ye.paralarda yere duwulen dawlardan yoxdursa oyun qariwir ya davam etdrilir??
Salam, oyunda istənilən halda oyunçu oyunu bağlaya bilər?
Salam. Bəli.
Salam 2 nəfərlik 101 oyununda,əgər rəqibin əlində gələ biləcək daş varsa,bazara gedə bilər nə qədər istəsə ?
Salam eger oyuncu ele bilibki 2nin birin gelecem amma men 2nin 3 gelmisemse oda 3cun birini elinnen yere qoymadan getiribse das temiz gorunur sora xali cox atsin deye deyisirsenduzgundu yoxsa gorunen dasi gelmelidi?
Xeyr düzgün deyil. Çünki, yoldaşı daşı görübsə rəqiblər ona narazıçılıq edə bilər ki, əgər həmin daşı gələnin əlində bir daş qalıbsa, onun yoldaşı o daşı bilir. Buna görə də mütləq görünən daşı oynamalıdır.
Salam iki para hər ikisi eyni xal tutub növbəti oyunda biri 13 dən az xal tutub növbəti oyunda digəri 13 dən cox xal tutub ikinci oyunda 13 xaldan az tutanın xalı silinir?