Çərşənbə, May 8
Shadow

Depressiyada olduğunuzu göstərən 7 cümlə

150 oxunma

Depressiya: Güclü kədər, ümidsizlik, dəyərsizlik hissləri, enerji itkisi, yuxu və iştah dəyişiklikləri kimi simptomları ehtiva edən psixi sağlamlıq pozğunluğudur. Bu, insanın gündəlik həyatına və münasibətlərinə mənfi təsir göstərə bilər. Depressiya ciddi qəbul edilməli olan bir vəziyyətdir, ona görə də sizdə olub-olmadığını öyrənmək istəyə bilərsiniz. Depressiyada olduğunuzu göstərə biləcək cümlələrin mənaları aşağıdakılardır…

1. Edə bilmirəm, bacarmıram

Depressiyadan əziyyət çəkən insanlar dişlərini fırçalamaq kimi rutinləri yerinə yetirməkdə çətinlik çəkə bilər və çox vaxt yataqdan belə qalxa bilmirlər. Depressiyadan əziyyət çəkən bir çox insan “bacarmıram” sözünü çox istifadə edir. “Özümü yaxşı hiss edə bilmirəm, işimi bitirə bilmirəm, yataqdan qalxa bilmirəm, işləri yaxşılaşdıra bilmirəm” kimi cümlələr söyləyə bilərlər.

depressiya

2. Hamsı mənə görə oldu

Hərəkətləriniz və ya edə biləcəyiniz səhvlər üçün məsuliyyət götürmək yaxşı psixi sağlamlığın əlamətidir. Ancaq hər vəziyyətdə özünüzü günahlandırmaq, yəni bu daimi hala gəlirsə, depressiyada olduğunuzu göstərə bilər. Professor və psixoloq Deborah Seraninin fikrincə, depressiya mühakimə aparan frontal hissənin fəaliyyətini pozur, buna görə depressiyaya düşən insanlar özlərini günahkar hiss edə bilərlər.

3. Yaxşıyam

Özünüzü pis hiss etdiyiniz zaman belə qarşı tərəfi rədd etmək üçün “yaxşıyam” demək depressiya əlaməti ola bilər. Serani bunu belə izah edir: Bəzi insanlar ruhi xəstəliyə tutulmağı çox utanc verici hesab edə bilər və ağrılarını açıqlamaq əvəzinə üzlərində təbəssüm yarada bilərlər.

4. Yorğunam

Əksər insanlar bu hissi günün hansısa məqamında yaşasalar da, depressiyaya uğramış insanlar özlərini daimi yorğunluq vəziyyətində görürlər. Serani deyir: “Yorğunluq və ağrı depressiya ilə daha da çətinləşə bilər, çünki onlar sinir yollarına və neyrokimyəvi maddələrə təsir edir.”

depressiya olmaq

5. Tək qalmaq istəyirəm

İnsanların düzəlmək üçün fasilə istəməsi normaldır. Lakin, depressiyadan əziyyət çəkən insanlar vaxtlarının hamısını olmasa da çoxunu tək keçirirlər. Özlərini təcrid edə və sevdikləri insanlardan uzaqlaşa bilərlər. Depressiyanın neyrobiologiyası beyin fəaliyyətini azaltdığından, depressiyaya düşən insan stimullaşdırıcı təcrübələrdən qaçmaq istəyə bilər; Yəni qaranlıq otaqlara, sakit mühitlərə, başqalarından uzaq olmağa üstünlük verə bilərlər.

6. Heç kimin vecinə deyiləm

Depressiyada olan insanlar gələcəyə ümid bəsləyərkən çox pessimist ola bilərlər. Bundan əlavə, depressiyadan əziyyət çəkən insanlar tez-tez özlərini o qədər tək hiss edirlər ki, başqalarının problemlərinə əhəmiyyət vermirlər və heç kimin onların problemləri ilə maraqlanmadığını düşünə bilərlər.

7. Ya həmişə ya da heç vaxt

Depressiyada olan insanlar həyatı ağ-qara rəngdə görürlər. Beləliklə, əgər kimsə tez-tez “həmişə”, “heç vaxt” və sair kimi sözlərdən istifadə edirsə, bu, onların depressiyaya düşdüyünün göstəricisi ola bilər. “İstədiyim işi heç vaxt ala bilməyəcəm” və ya “Mən həmişə yıxılıram” kimi ifadələr hər şey ya heç nə düşüncəsinə nümunədir.

depressiyadan qurtulmaq

Həll yolları və dəstək haqqında

Depressiya üçün fərdi müalicədən dərmanlara qədər bir çox müalicə var və hər müalicə hər bir fərd üçün işləmir. Ətrafınızdakılarda və ya özünüzdə depressiya əlamətlərinin olduğunu düşünürsünüzsə, psixiatr və ya psixoloqa müraciət edə bilərsiniz.

Bununla belə, insanların intihar haqqında danışdığını və ya hər şeyin bitməsini arzuladığını eşidirsinizsə, buna ciddi yanaşmaq və kömək etmək üçün onları bir mütəxəssisə müraciət etmək faydalı ola bilər.

Mənbə: Inc., Mystical Raven, Health

4.5 2 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x