Bazar ertəsi, May 20
Shadow

Bəlğəmli öskürək də daxil olmaqla bir çox xəstəliklərə cökənin faydaları

184 oxunma

Bəlğəmli öskürək də daxil bir çox xəstəliyin müalicəsində əvəzsiz olan cökənin möcüzəvi təsirindən faydalanmaq üçün onu düzgün dəmləmək lazımdır. İndiyədək edilənlərin əksinə, cökənin uzun müddət qaynadılması, içindəki bütün qida dəyərinin buxarlanmasına səbəb olur.

Cökə yarpaqları qaynadıqca acı olub öz dadını da itirir. Mütəxəssislər bildirirlər ki, cökə düzgün dəmləndikdə onun faydası 15 dəfə artır. Beləliklə, cökəni necə dəmləmək lazımdır? Klassik.az Posta.com.tr saytına istinadən cökənin qida dəyərinin itirilmədən dəmləmə üsulu haqqında yazır. Əgər cökə çayınız qırmızıya çevrilirsə, demək olar ki, bütün qida dəyərini itirmişdir.

Qış aylarının vazkeçilməzi olan cökə tərkibindəki güclü antioksidantlardan biri olan flavonoidlər sayəsində daha çox qış aylarında müşahidə olunan qrip infeksiyaları, soyuqdəymə, quru yaxud bəlğəmli öskürək və qripin müalicəsində çox təsirlidir.

Buxarı burun tutulmasını aradan qaldıran isti cökə çayı boğaz ağrısı və öskürəyə qarşı inanılmaz təsirə malikdir. Soyuqdəymə üçün bir nömrəli dərman kimi vacib olan cökə əsəbləri sakitləşdirməkdə və yuxunu asanlaşdırmaqda da çox təsirlidir.

Sidikqovucu olaraq tez-tez tövsiyə edilən cökə, bu təsirləri göstərmək üçün düzgün texnika ilə dəmlənməlidir. Bu dəmləmə çoxda vacib görünməyə bilər, amma sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. İmmunitet sistemini gücləndirmək üçün xüsusilə istifadə edilən cökənin faydalarını artıran məsləhətlər heç vaxt diqqətdən kənarda qalmamalıdır!

bəlğəmli öskürək

Cökənin düzgün dəmləmə üsulu, quru və bəlğəmli öskürək əleyhinə faydaları.

C vitamini mənbəyi olan limonla birlikdə istehlak edildikdə möhkəm zireh kimi immunitet sistemini gücləndirir. Cökəyə bir az darçın əlavə etsəniz bəlğəmi də çıxara bilər. Bunu 2 litr suya bir ovuc cökə əlavə etməklə edə bilərik. Həmin suya bir tikə zəncəfil atsanız, onun antibiotik xüsusiyyətləri də həmin effektə əlavə olunacaq.

bəlğəmli öskürək sarıkök

Sarı kök ilə qəbul edildikdə ağciyərləri təmizləyir   

Bir ədəd sarıkök də atsanız, ağciyərlərə faydalı ola bilər. Çünki qrip xəstəlikləri ən çox ağciyərləri narahat edir.

Bəlğəmli öskürəyə qarşı digər yazımızı oxumaq üçün tıklayın.

Bal da əlavə edilsə, quru və bəlğəmli öskürək əleyhinə əla vasitədir!

Cökə çayınız dəmləndikdən sonra içinə 1 çay qaşığı bal əlavə edin. Soyuq qış günlərində qrip və soyuqdəyməyə yoluxsanız cökə balı sizi qısa zamanda müalicə edəcək.

Bəlğəmli öskürək və quru öskürəklərə qarşı ballı cökə öskürəyinizi dayandıracaq və boğazınızı tez yumşaldacaq. Qış aylarında qorxu və stressi aradan qaldıracaq və bədəninizin xəstəliklərə qarşı müqavimətini gücləndirəcək.

itburnu

İtburnu ilə cökəni bir yerdə dəmləyib təsirini 20 dəfə artırın!

Burun tutulmasına yaxşı gələn və boğazı yumşaldan cökə həm də xoş qoxusu ilə xoş ətir verir. Faydalarını və təsirini artırmaq üçün cökəni bir çox müxtəlif otlarla dəmləyə bilərsiniz. Ancaq cökəyə ən çox yaraşan və faydalarını dəfələrlə artıran bir nömrəli bitki, şübhəsiz ki, qızılgül itburnudur. Qış çaylarının sevimlisi olan cökə itburnu sizi xəstəliklərdən qoruyacaq. Cökə çayının tərkibində olan faydalı minerallar qızılgüllə birlikdə diaforetik xüsusiyyətləri ilə tənəffüs problemlərini sağaltmağa kömək edir. İtburnu isə yüksək C vitamini və antioksidant dəyərləri ilə mikroblarla mübarizə aparır. İmmunitet sistemini dəstəkləyən qarışım olan cökə itburnu gündə 1-2 stəkan qəbul edilə bilər.

Cökə çayını necə dəmləmək olar?

Ən əsas qaynama üsulu qətiliklə tövsiyə edilmir. Çünki bu üsul cökənin tərkibindəki polifenolun azalmasına səbəb olur və bütün sağlamlıq qoruyucu təsirlərini itirir. Bu səbəblə cökə çiçəklərinin antioksidant tutumu üçün ən optimal temperatur olan 80-90 dərəcə isti suda 5-10 dəqiqə dəmləndirilərək qəbul edilməsi tövsiyə edilir. Zövqünüzə uyğun darçın çubuqları, mixək, limon, bal kimi qidaları əlavə edərək dəmlədiyiniz cökənin dadını artıra bilərsiniz. Bir çay qaşığı qurudulmuş cökə çiçəyi və yarpaq qarışığının üzərinə 1 stəkan qaynar su töküb 10 dəqiqə dəmlədikdən sonra için. Nuş olsun ♥️.

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
E-poçt ünvanıma xəbərdar edin
guest
0 Şərh
Daxili Əlaqələr
Bütün şərhlərə baxın
0
Fikirlərinizi çox istərdim, rəy bildirin.x